Bank Of Baku

Ötən il 251 kiloqram 480 qram narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb

Ötən il 251 kiloqram 480 qram narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb
# 26 yanvar 2007 13:47 (UTC +04:00)
Ötən il daxili işlər orqanları tərəfindən respublika üzrə 251 kiloqram 480 qram müxtəlif növ narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsindən məlumat verilib. Qanunsuz dövriyyədən çıxarılan narkotik maddələrin 126 kiloqrama yaxını marixuana, 23 kiloqramı həşiş, 68 kiloqramı tiryək, 27 kiloqramı heroin və digər narkotiklərdir. Hesabat dövründə narkotiklərlə bağlı 2266 cinayət qeydə alınıb. Bunun 1361-i narkotiklərin saxlanması, 774-ü satışı, 126-sı əkini ilə bağlıdır. Qeydə alınan cinayətlərin 1128-i Bakıda qeydə alınıb. Paytaxtda qanunsuz dövriyyədən 118 kiloqrama yaxın narkotik maddə çıxarılıb. Ötən il narkotika cinayəti törətdiyi üçün 58 nəfər əcnəbi məsuliyyətə cəlb olunub. Onlardan 65 kiloqrama yaxın narkotik maddə götürülüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR