Bank Of Baku

Təhsil naziri Misir Mərdanov Samux rayonunda olub

Təhsil naziri Misir Mərdanov Samux rayonunda olub
# 26 yanvar 2007 13:54 (UTC +04:00)
Bu gün təhsil naziri Misir Mərdanov Samux rayonunda olub. APA-nın qərb bürosunun məlumatına görə, YAP-ın Samux rayon təşkilatının iclasına qatıldıqdan sonra nazir bir neçə orta məktəbə baş çəkib. Günün ikinci yarısında Samuxun təhsil işçiləri ilə görüşən M. Mərdanov bu rayonun orta təhsil müəssisələrində o qədər də ciddi nöqsanların olmadığını vurğulayıb. Onun sözlərinə görə, baxış zamanı bir neçə problem nəzərə çarpıb ki, yaxın vaxtlarda o da həll olunacaq: “Məktəblərin maddi-texniki bazalarının artırılması bu gün gündəmdə olan məsələdir və ölkə başçısının diqqət mərkəzindədir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR