Bank Of Baku

Füzuli Ələkbərov: “Əlilliyi təyin edən komissiyalarda neqativ hallar hazırda da mövcuddur”

Füzuli Ələkbərov: “Əlilliyi təyin edən komissiyalarda neqativ hallar hazırda da mövcuddur”
# 26 yanvar 2007 13:59 (UTC +04:00)
“Əlilliyi təyin edən tibbi sosial ekspert komissiyalarında neqativ hallar hazırda da mövcuddur. Nazirlik belə hallara qarşı mübarizə aparır. Bunun nəticəsidir ki, əlillərin sayının artım dinamikası iki dəfədən də aşağı düşüb”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov deyib. F. Ələkbərov bildirib ki, əlillərin sosial reabilitasiyasını təmin etmək məqsədilə keçən il nazirlik təxminən 1000 eşitmə aparatı, 600 veloaraba alıb, protest-ortopedik məmulatlara görə növbəyə duran əlillərin də ehtiyacı tam ödənilib. Onun sözlərinə görə, əlillərin mənzil-məişət şəraitini yaxşılaşdırmaq üçün bu il keçən ilə nisbətən daha çox yeni yaşayış binası tikilərək istifadəyə veriləcək. Bundan əlavə, bu il daha iki reabilitasiya mərkəzi inşa ediləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR