Bank Of Baku

Xətai rayon icra hakimiyyətində ötən ilin yekunlarına dair müşavirə keçirilib

Xətai rayon icra hakimiyyətində ötən ilin yekunlarına dair müşavirə keçirilib
# 26 yanvar 2007 14:16 (UTC +04:00)
Xətai rayon icra hakimiyyətində ötən ilin yekunlarına dair müşavirə keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Rasim Məmmədov 2006-cı ilin Xətai rayonu üçün uğurlu olduğunu, bu müddətdə 2137 iş yeri açıldığını deyib. Onun sözlərinə görə, Xətai rayon Əhalinin Sosial Müdafiə Mərkəzinə vətəndaşlardan ünvanlı sosial yardımla bağlı 7205 müraciət daxil olub ki, həmin müraciətlər bu məqsədlə yaradılan komissiyaya təqdim edilib. İcra başçısı komissiyanın bu günə kimi 1867 müraciətə baxıldığını və 1366 işə təyinat verdiyini, 402 ailəyə ünvanlı sosial yardım verilməsindən imtina edildiyini vurğulayıb. 43 Qarabağ müharibəsi əlillərinin, 340 müəyyən səbəbdən əlil olanların, 149 məcburi köçkün ailəsinə ünvanlı yardım təyin olunduğunu deyən Rasim Məmmədov rayonda təhsil sahəsində də xeyli işlər görüldüyünü qeyd edib. Onun sözlərinə görə, rayonun üç məktəbində əlavə korpus tikilib, 1200 yerlik yeni məktəb binasının tikintisi isə davam edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR