Bank Of Baku

Gəncə-Qazax marşrutu üzrə işləyən mikroavtobusların sürücüləri gediş haqlarını qaldırıblar

Gəncə-Qazax marşrutu üzrə işləyən mikroavtobusların sürücüləri gediş haqlarını qaldırıblar
# 26 yanvar 2007 14:18 (UTC +04:00)
Bir müddət öncə benzinin qiymətinin artırılmasına etiraz edən Gəncə-Qazax marşrutu üzrə işləyən mikroavtobusların sürücüləri qərb bölgəsinin digər rayonlarına gediş haqlarını qaldırıblar. APA-nın qərb bürosunun məlumatına görə, əvvəllər Gəncədən Qazax rayonuna 1 manat 12 qəpiyə sərnişin daşıyan sürücülər indi həmin məsafəyə 1 manat 40 qəpik istəyirlər. Bu mikroavtobusların işlədikləri “Komfort Nəqliyyat” MMC-nin rəhbəri Zirəddin Hacıyev məsələ ilə bağlı hər hansı fikir söyləməkdən və gediş haqqının 28 qəpik artmasının səbəbini izah etməkdən imtina edib. Nəqliyyat Nazirliyi Avtonəqliyyat Departamenti 1 saylı Regional Nəqiliyyat MMC-nin rəis müavinin Qadir Əliyev isə APA-ya bildirib ki, qiymət artımı ilə əlaqədar sürücülərə nə Tarif Şurasından, nə də Nəqliyyat Nazirliyindən heç rəsmi sənəd təqdim olunmayıb: “Qərb regionunda nəqliyyat sistemində qiymətlərin qaldırılması ilə bağlı heç bir rəsmi qərar yoxdur. Ona görə də qiymətlər əvvəlki səviyyədə qalmalıdır. Biz buna nəzarət edirik. Bu məsələdə “Komfort Nəqliyyat” MMC məsuliyyət daşıyır və bu məsələyə nəzarət olunacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR