Bank Of Baku

Millət vəkilləri “Sənət qəzeti”nin baş redaktoru Samir Sədaqətoğlunun azadlığa buraxılması xahişi ilə prezidentə müraciət ediblər

Millət vəkilləri “Sənət qəzeti”nin baş redaktoru Samir Sədaqətoğlunun azadlığa buraxılması xahişi ilə prezidentə müraciət ediblər
# 26 yanvar 2007 14:19 (UTC +04:00)
Millət vəkilləri Fazil Qəzənfəroğlu, Aqil Abbas, Asim Mollazadə, Sabir Rüstəmxanlı, Pənah Hüseyn, İqbal Ağazadə “Sənət qəzeti”nin baş redaktoru Samir Sədaqətoğlunun azadlığa buraxılması xahişi ilə prezident İlham Əliyevə müraciət edib. APA-ya daxil olan müraciətdə S. Sədaqətoğlunun himayəsində iki azyaşlı uşağın olması, baş vermiş insidentə görə ölkə müsəlmanlarından bir neçə dəfə rəsmi üzr istəməsini nəzərə alaraq onun azadlığa buraxılması xahiş olunur.
Qeyd edək ki, Rafiq Tağı və “Sənət qəzeti”nin baş redaktoru Samir Sədaqət oğlu Cinayət Məcəlləsinin 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddəsi ilə təqsirli bilinirlər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR