Bank Of Baku

Latviyanın elektron idarəetmə üzrə xüsusi tapşırıqlar naziri İnna Qudelenin Azərbaycana səfərinin vaxtı dəyişdirilib

Latviyanın elektron idarəetmə üzrə xüsusi tapşırıqlar naziri İnna Qudelenin Azərbaycana səfərinin vaxtı dəyişdirilib
# 26 yanvar 2007 14:24 (UTC +04:00)
Latviyanın elektron idarəetmə üzrə xüsusi tapşırıqlar naziri İnna Qudelenin Azərbaycana səfərinin vaxtı dəyişdirilib. Bu barədə APA-ya Latviyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Mixails Popkovs verib. O, səfərin tarixinin Azərbaycan tərəfinin xahişi ilə təxirə salındığını deyib. Buna səbəb səfər təyin olunan ərəfədə İnna Qudele ilə görüşlərdə iştirak edəcək iqtisadi inkişaf naziri Heydər Babayevin başqa ölkədə səfərə gedəcəyidir. Bununla əlaqədar latviyalı nazirin ölkəmizə səfəri mart ayında reallaşacaq. Qeyd edək ki, səfər fevral ayında reallaşmalı idi. İnna Qudele ölkəmizə səfərlə bağlı dəvəti prezident İlham Əliyevin Latviyaya səfəri zamanı alıb. Hazırda səfərin tarixi dəqiqləşdirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR