Bank Of Baku

Müəlliməsi özünü öldürən məktəbin direktoru barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib

Müəlliməsi özünü öldürən məktəbin direktoru barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib
# 26 yanvar 2007 14:32 (UTC +04:00)
Bu gün Füzuli rayon məhkəməsinin qərarı ilə Qayıdış qəsəbəsindəki 1 saylı köçkün məktəbinin direktoru İsmayıl Abbasov barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Bu barədə APA-ya Fizuli rayon prokurorunun köməkçisi Mətləb Ağayev məlumat verib. M. Ağayev bildirib ki, məktəb direktoru Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub. Xatırladaq ki, Qayıdış qəsəbəsində məskunlaşmış 1957-ci il təvəllüdlü məcburi köçkün İradə Təbriz qızı Quliyeva özünü yandıraraq intihar edib. Məlumata görə, mərhum ölümündən əvvəl bildirib ki, məktəb direktoru İsmayıl Abbasov onu əsassız olaraq məktəbə buraxmadığına görə özünü öldürəcək. Faktla bağlı Füzuli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb. Cinayət işi Füzuli rayon prokurorunun müstəntiqi Əlabbas Ağayevin icraatına verilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR