Bank Of Baku

Ötən il istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində 81 nəfər ölüb

Ötən il istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində 81 nəfər ölüb
# 26 yanvar 2007 14:56 (UTC +04:00)
“2006-cı il ərzində istehsalatda bədbəxt hadisənin baş verməsi ilə bağlı Dövlət Əmək Müfəttişliyinə 378 məlumat daxil olub. Aparılan təhqiqatların nəticələrinə görə, 246 halda bədbəxt hadisə istehsalatla əlaqəli sayılıb. Bu hadisələrin 160-ı və ya 65%-i Bakı şəhərində olub”. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Dövlət Əmək Müfəttişliyinin rəisi Nəbi Şükürlü məlumat verib. N. Şükürlü bildirib ki, istehsalatdakı bədbəxt hadisələrin 48%-i sənayedə, 22%-i tikintidə, 13%-i nəqliyyat və rabitədə, 17%-i iqtisadiyyatın digər sahələrində baş verib. 2005-ci ildə bədbəxt hadisələrin baş verməsində zərərçəkmişlər 193 halda təqsirkar sayılsalar da, 2006-cı ildə bu rəqəm 74-ə enib. Təqsirkarı müəssisə rəhbərliyi olan bədbəxt hadisələrin sayı 2005-ci ilə nisbətən 2006-cı ildə 6 dəfə artaraq 24-ə çatıb. Ötən il istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində 81 nəfər ölüb, 192 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. İstehsalatda həlak olan 81 işçidən 31-i tikintidə baş vermiş bədbəxt hadisə nəticəsində ölüb. Bədbəxt hadisəni törədən əsas səbəb isə zərbə nəticəsində əzilmə (89 halda) və tikinti sektoru üçün xarakterik olan hündürlükdən yıxılmadır (40 halda). Ölümlə nəticələnmiş hadisələrin baş verməsinə əsas səbəb elektrik cərəyanı ilə təmas (19 halda), zərbə nəticəsində əzilmə (18 halda) və hündürlükdən yıxılma (16 halda) olub. N. Şükürlünün sözlərinə görə, 2006-cı il ərzində vətəndaşlardan əmək və sosial hüquqlarının pozulmasına dair 2154 şikayət ərizəsi, müəssisə və təşkilatlardan müxtəlif xarakterli 1916 məktub daxil olub. Ərizələr araşdırılarkən işəgötürənlərin 109 halda qanun pozuntularına yol verdiyi aşkarlanıb, onlardan 35-i öz əvvəlki işlərinə bərpa edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR