Bank Of Baku

Kiyevdə “Avropa ölkələrində yuvenal ədliyyə” mövzusunda konfrans keçirilib

Kiyevdə “Avropa ölkələrində yuvenal ədliyyə” mövzusunda konfrans keçirilib
# 26 yanvar 2007 14:58 (UTC +04:00)
Kiyevdə “Avropa ölkələrində yuvenal ədliyyə” mövzusunda konfrans keçirilib. UNESCO-nun və Ukraynanın müvafiq qurumlarının təşkilatçılığı ilə keçirilən tədbirdə Cənubi Qafqaz respublikalarının, Ukrayna, Belarus, Rusiya, Moldova, Litva, Qazaxıstan, Polşa və Bolqarıstanın nümayəndələri iştirak edib. Bu barədə APA-ya konfransda iştirak edən Penitensiar Xidmətin şöbə müdiri Rafiq Ramazanov məlumat verib. Konfransda iştirakçı dövlətlərdə uşaq hüquqlarının vəziyyəti, uşaq hüquqlarının qorunması ilə bağlı problemlər və onların həlli yolları, ölkələrin bu sahədəki təcrübəsi müzakirə mövzusu olub. R. Ramazanov bildirib ki, Ukraynada 100 minə yaxın nəzarətsiz uşaq var. Ukrayna əhalisinin 25 faizi yetkinlik yaşına çatmayanlar və uşaqlardır. 2005-ci ildə bu ölkədə 17,5 min uşaq cinayət törədib. Ötən il isə bu göstərici 8 min olub. Ukraynada uşaqlarla bağlı 11 cəzaçəkmə müəssisəsi var. Ukraynada əhalinin 25 faizini uşaqlar təşkil edir. Ukrayna ilə müqayisədə Azərbaycanda uşaqlar və yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin sayı azdır. Belə ki, ötən il respublikada yetkinlik yaşına çatmayan və ya onların iştirakı ilə 431 cinayət hadisəsi qeydə alınıb. Uşaqlar üçün nəzərdə tutulan Tərbiyə Müəssisəsində hazırda 61 uşaq cəza çəkir. Ötən il bu müəssisədə 59 uşaq cəza çəkirdi. Onlardan 43-ü cəzalarının qalan hissəsini çəkmək üçün digər cəza çəkmə müəssisələrinə etap olunub. Azərbaycanda cəza çəkən məhkumların 0,5 faizini uşaqlar və yetkinlik yaşına çatmayanlar təşkil edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR