Bank Of Baku

Mətbuat Şurası 30-dək qəzetlə bağlı Daxili İşlər Nazirliyinə müraciət edib

Mətbuat Şurası 30-dək qəzetlə bağlı Daxili İşlər Nazirliyinə müraciət edib
# 26 yanvar 2007 15:41 (UTC +04:00)
Mətbuat Şurası (MŞ) 30-a yaxın qəzetlə bağlı araşdırma aparmaq üçün Daxili İşlər Nazirliyinə müraciət edib. Bu barədə APA-ya məlumat verən MŞ sədri Əflatun Amaşovun sözlərinə görə, Bakı şəhər üzrə Təhsil İdarəsi quruma 30-dək qəzetin siyahısını təqdim edərək, həmin mətbu orqanların jurnalistlərin peşə davranış qaydalarına riayət etməməsi ilə bağlı məlumat verib: “Bakı şəhəri üzrə Təhsil İdarəsi bildirmişdi ki, siyahıda göstərilən qəzetlərin əməkdaşları orta məktəblərdə olub, jurnalistlərin peşə və davranış qaydalarına yaraşmayan hərəkətlər ediblər. Biz də həmin müraciəti Daxili İşlər Nazirliyinə göndərdik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR