Bank Of Baku

Orta məktəblərdə çağırışaqədərki hərbi hazırlıq kabinetləri təşkil ediləcək

Orta məktəblərdə çağırışaqədərki hərbi hazırlıq kabinetləri təşkil ediləcək
# 26 yanvar 2007 15:47 (UTC +04:00)
Növbəti dərs ilində respublikanın bütün orta məktəblərində çağırışaqədərki hərbi hazırlıq kabinetləri təşkil ediləcək. Bu barədə APA-nın Qarabağ bürosuna Goranboydakı 2 saylı şəhər orta məktəbində hərbi kabinetin açılış mərasimində iştirak edən respublika hərbi komissarının müavini, polkovnik Rövşən Əlvəndov məlumat verib. R. Əlvəndov bildirib ki, hazırda məktəblərdə hərbi hazırlıq kabinetlərinin təşkilinə başlanılıb. Onun sözlərinə görə, ölkədə yeni məktəb binaları inşa olunduğundan bu işin nə vaxt başa çatdırılacağını proqnozlaşdırmaq çətindir. Amma gələn il işin azı 70-80 faizi həyata keçiriləcək. Hərbi komissarın müavini onu da deyib ki, məktəblilərin dünyanın ən müasir orduları, ən yeni silahlar və hərbi biliklərlə tanış olması üçün bütün hərbi hazırlıq siniflərində internet şəbəkəsinə qoşulmuş kompüterlər quraşdırılacaq. Bundan əlavə, bu tədris növünün dövlət əhəmiyyətli fənn kimi keçilməsi istiqamətində də iş aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR