Bank Of Baku

ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev: “Milli Teleradio Şurası dəvət edərsə, mən qurumun hər hansı toplantısında mütləq iştirak edərəm”

ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev: “Milli Teleradio Şurası dəvət edərsə, mən qurumun hər hansı toplantısında mütləq iştirak edərəm”
# 26 yanvar 2007 15:51 (UTC +04:00)
Bunu APA-nın Milli Televiziya və Radio Şurasının sədri Nüşirəvan Məhərrəmlinin mətbuatdakı açıqlamalarında səslənən fikirlərlə bağlı sualını cavablandıran ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev deyib. Vahid Mustafayev bildirib ki, ANS olaraq Milli Teleradio Şurasının bütün üzvləri və qurumun sədri Nuşirəvan Məhərrəmli ilə normal, işgüzar münasibətləri var: “Bu münasibətlər qarşılıqlı hörmət, ehtiram üzərində qurulub. Bildiyimə görə, aramızda heç bir problem yoxdur və ola da bilməz. ANS-in dövlətimizə və onun bütün qurumlarına hörməti hamıya məlumdur. Və inşallah dövlətimizin qurumu olan Milli Teleradio Şurası məni hər hansı toplantısına dəvət edərsə, mütləq orada iştirak edərəm”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR