Bank Of Baku

Şagirdlərə beynəlxalq humanitar hüququn əsaslarını və prinsiplərini mənimsətmək məqsədilə müəllimlər üçün treninqlər keçiriləcək

Şagirdlərə beynəlxalq humanitar hüququn əsaslarını və prinsiplərini mənimsətmək məqsədilə müəllimlər üçün treninqlər  keçiriləcək
# 26 yanvar 2007 15:56 (UTC +04:00)
Yanvarın sonundan orta məktəb şagirdlərinə beynəlxalq humanitar hüququn əsaslarını və prinsiplərini mənimsətmək məqsədilə müəllimlər üçün treninqlər keçiriləcək. Treninqlər Təhsil Nazirliyi ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) arasında bağlanmış müqavilə əsasında reallaşacaq. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, treninqlər “Hamımız bir günəsin zərrəsiyik” (V sinif), “Dünya mənim, dünya sənin” (VI sinif) dərs vəsaitləri ilə işləyən müəllimlər üçün təşkil olunacaq. Müqavilədə beynəlxalq humanitar hüququn tədris kurrikulumuna və ali pedaqoji universitetlərin müvafiq fənn proqramlarına daxil edilməsi, orta məktəb müəllimləri üçün treninqlərin keçirilməsi, yeni təlim metodları üzrə elektron dərs vəsaitinin hazırlanması üçün BQXK tərəfindən texniki yardımın göstərilməsi də nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR