Bank Of Baku

Ötən il daxili işlər orqanları müstəntiqlərinin icraatında 15331 cinayət işi olub

Ötən il daxili işlər orqanları müstəntiqlərinin icraatında 15331 cinayət işi olub
# 29 yanvar 2007 09:39 (UTC +04:00)
Ötən il daxili işlər orqanları müstəntiqlərinin icraatlarında 15331 cinayət işi olub. Bu göstərici 2005-ci illə müqayisədə 531 cinayət işi çoxdur. APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov DİN-də keçirilən kollegiya iclasındakı çıxışında bildirib. Nazirin sözlərinə görə, cinayət işlərindən 9665-nin istintaqı tamamlanıb, 8546-sı ittiham aktı ilə məhkəməyə göndərilib. İstintaqı tamamlanan cinayət işləri üzrə dəymiş 11 milyon 132 min manat maddi ziyandan 7 milyon 661 min manatın və ya 69 faizinin ödənilməsi təmin olunub. Təhqiqatçıların icraatında olan 82 mindən çox cinayət xarakterli ərizə və məlumat araşdırılıb, müvafiq qərarlar qəbul edilib. Onlardan 2683-ü üzrə məhkəməyədək sadələşdirilmiş icraat açılıb, 2035 şəxs barəsində 1703 material yekun protokolu ilə prokurorluğa göndərilib. 56252 məlumat üzrə cinayət işinin başlanması rədd edilib. Respublikada müxtəlif növ inzibati xətalara görə 539 min 547 nəfər, o cümlədən, yol hərəkəti qaydalarını pozmuş 473 min 303 sürücü, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat qaydalarının pozulması ilə əlaqədar 32 mindən artıq şəxs barəsində inzibati protokol tərtib edilib. Ötən il inzibati qaydada cərimə olunmuş 450 minə yaxın şəxsdən 415 min nəfəri yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmini qaydaları əleyhinə olan xəta törədənlərdir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR