Bank Of Baku

Ötən il dövlət yanacaq-energetika kompleksi obyektlərində 282 oğurluq faktı qeydə alınıb

Ötən il dövlət yanacaq-energetika kompleksi obyektlərində 282 oğurluq faktı qeydə alınıb
# 29 yanvar 2007 09:49 (UTC +04:00)
2006-cı ildə enerji sektoru üçün strateji əhəmiyyətli obyektlərdə və dövlət yanacaq-energetika kompleksi obyektlərində 282 oğurluq faktı qeydə alınıb. Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, cinayətlərin 89,7 faizi açılıb. Həmin cinayətlərdən 2-si neft məhsullarının talanması, 18-i rabitə xətlərinin, 24-ü elektrik naqillərinin, 238-i əlvan metalların oğurlanması ilə bağlıdır. Bu cinayətləri törətdiyi üçün 77 təqsirkar şəxs yaxalanaraq məsuliyyətə cəlb olunub. Qaz, neft və su borularının kəsilib oğurlanması ilə bağlı qeydə alınan 75 faktdan 72 faizi açılıb. Su obyektləri və sudan, elektrik və istilik enerjisindən istifadə qaydalarını pozduqlarına, özbaşına tikinti işləri apardıqlarına görə 5242 şəxs barəsində inzibati protokol tərtib olunaraq müvafiq tədbirlər görülməsi üçün aidiyyatı qurumlara göndərilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR