Bank Of Baku

Ramil Usubov: “Ailə-məişət münaqişəsi zəminində cinayətlərinin baş verməsində polisin də təqsiri var”

Ramil Usubov: “Ailə-məişət münaqişəsi zəminində cinayətlərinin baş verməsində polisin də təqsiri var”
# 29 yanvar 2007 10:02 (UTC +04:00)
Ötən il qeydə alınan qəsdən adam öldürmə cinayətlərinin 50 faizi ailə-məişət münaqişəsi zəminində baş verib. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlama verən daxili işlər naziri Ramil Usubov bu növ cinayətlərin baş verməsində polisin də təqsirini istisna etməyib. Nazirin sözlərinə görə, yerli şəhər, rayon polis orqanları tərəfindən vaxtında aşkar olunsaydı, belə ailələr nəzarətə götürülsəydi, bu ailələrlə lazımi profilaktik iş aparılsaydı, hesab edirəm ki, törədilən cinayətləri yarısı baş verməz, qarşısı vaxtında alınardı. Bunu çox nöqsanlı hal sayan R.Usubov rayon, şəhər polis orqanlarına bu sahədə ciddi dönüş yaratmağı, münaqişəli ailələrlə mütəmadi iş aparmağı tapşırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR