Bank Of Baku

Bir qrup KİV rəhbəri “Sənət qəzeti”nin baş redaktoru Samir Sədaqətoğlunun azadlığa buraxılması xahişi ilə prezidentə müraciət edib

Bir qrup KİV rəhbəri “Sənət qəzeti”nin baş redaktoru Samir Sədaqətoğlunun azadlığa buraxılması xahişi ilə prezidentə müraciət edib
# 29 yanvar 2007 10:18 (UTC +04:00)
Bir qrup KİV rəhbəri “Sənət qəzeti”nin baş redaktoru Samir Sədaqətoğlunun azadlığa buraxılması xahişi ilə prezident İlham Əliyevə müraciət edib. APA-ya daxil olan müraciətdə S. Sədaqətoğlunun himayəsində iki azyaşlı uşağın olması, onun baş vermiş insidentə görə ölkə müsəlmanlarından bir neçə dəfə rəsmi üzr istəməsini nəzərə alaraq onun azadlığa buraxılması xahiş olunur. Qeyd edək ki, bir qrup millət vəkili də bu xahişlə ölkə başçısına müraciət etmişdi. Xatırladaq ki, Rafiq Tağı və “Sənət qəzeti”nin baş redaktoru Samir Sədaqətoğlu Cinayət Məcəlləsinin 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddəsi ilə təqsirli bilinirlər./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR