Bank Of Baku

Ötən il Daxili İşlər Nazirliyinin Mühafizə Xidməti 6711 obyektin və 155 mənzilin mühafizəsini həyata keçirib

Ötən il Daxili İşlər Nazirliyinin Mühafizə Xidməti 6711 obyektin və 155 mənzilin mühafizəsini həyata keçirib
# 29 yanvar 2007 10:25 (UTC +04:00)
Ötən il Daxili İşlər Nazirliyinin (DİN) Mühafizə Xidməti tərəfindən 6711 obyektin və 155 mənzilin mühafizəsi həyata keçirilib. APA-nın məlumatına görə, bu barədə Baş Mühafizə İdarəsinin rəisi Mədət Quliyev DİN-də keçirilən kollegiya iclasında bildirib. M. Quliyevin sözlərinə görə, müqavilə əsasında mühafizə olunan mülki obyektlərdə 852 ictimai qayda pozuntusu qeydə alınıb. Mühafizə Xidmətinin əməkdaşları tərəfindən 74 obyektdə oğurluq faktlarının qarşısı alınaraq 106 nəfər yaxalanıb. Digər 114 cinayətə görə 141 nəfər saxlanılaraq ərazi polis orqanlarına təhvil verilib. Onlardan 25-i narkotiklərin qanunsuz dövriyyəsi, 25 avtomobil qaçırma, 55-i müxtəlif cinayətlərə görə axtarılan, 73-ü isə ictimai qaydanı pozanlar olub. Mühafizə xidmətinin əməkdaşları tərəfindən 41 yanğın hadisəsinin qarşısı alınıb, 23 odlu silah, 63 əl qumbarası, 9 döyüş sursatı götürülüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR