Bank Of Baku

Səhiyyə Nazirliyi Salyan rayonunun Dayıkənd kəndində epidemioloji vəziyyəti nəzarətdə saxlayır

Səhiyyə Nazirliyi Salyan rayonunun Dayıkənd kəndində epidemioloji vəziyyəti nəzarətdə saxlayır
# 29 yanvar 2007 11:36 (UTC +04:00)
“Quş qripi”nə yoluxmaqda şübhəli bilinən və yanvarın 28-də dünyasını dəyişən Salyan rayonunun Dayıkənd kəndinin 14 yaşlı sakini Əjdər Ələsgər oğlu Əsgərov xəstələnməmişdən əvvəl su kanalına yıxılıb və evə yaş paltarda gəlib. Bundan təxminən iki həftə sonra isə o, ciddi şəkildə xəstələnib”. Bu sözləri APA-ya açıqlamasında Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib. Su vasitəsilə insanlara “quş qripi” virusunun keçməsinin mümkün olduğunu söyləyən A. Qədirli bildirib ki, Ə. Əsgərovun kanala yıxıldıqdan sonra H5N1 virusuna yoluxması real görünmür: “Çünki həmin kənddə nə ev, nə də çöl quşlarının kütləvi tələfatı qeydə alınmayıb”. A. Qədirlinin sözlərinə görə, hazırda Səhiyyə Nazirliyinin ekspertləri Dayıkənd kəndində epidemioloji vəziyyətə nəzarət edirlər.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin 120-ci iclasında iştirak etmək üçün Cenevrəyə gedən səhiyyə naziri Oqtay Şirəliyev 1-2 gün ərzində Bakıya qayıdacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR