Bank Of Baku

Güclü külək Yardımlıda çoxlu dağıntılara səbəb olub

Güclü külək Yardımlıda çoxlu dağıntılara səbəb olub
# 29 yanvar 2007 13:43 (UTC +04:00)
Bu barədə APA-nın cənub bürosuna Yardımlı İcra Hakimiyyəti başçısının birinci müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Etibar Fərruxov məlumat verib. Onun sözlərinə görə, gücü 35 m/saniyəyə çatan külək nəticəsində 10 min kV-luq elektrik dirəyi yıxılıb, elektrik məftilləri qırılıb, 60 yaşayış məntəqəsi işıqsız qalıb, 18 məktəbə maddi ziyan dəyib. Güclü külək rayon Xalçaçılıq Sexinin dam örtüyünü aparıb. Bundan başqa, Köryədi kənd sakini Ərgüşad Fərzullayevin yaşayış evi və Alçabulaq kənd sakini Qeyrət Zabitovun ot tayası yanıb. Səhərə yaxın külək kəsib. E.Fərruxov bildirib ki, mövcud vəziyyət barədə respublikanın əlaqədar təşkilatlarına məlumat verilib: “Artıq “Azərenerji”nin qəza briqadası Yardımlıya ezam olunub. Daxili imkanlar hesabına bərpa işləri aparılır, dəymiş ziyanın miqdarı müəyyənləşdirilir”./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR