Bank Of Baku

“ANS-Commerce”-lə bağlı qətnamədən verilən apellyasiya şikayəti üzrə qərar yanvarın 31-də elan olunacaq

“ANS-Commerce”-lə bağlı qətnamədən verilən apellyasiya şikayəti üzrə qərar yanvarın 31-də elan olunacaq
# 29 yanvar 2007 15:17 (UTC +04:00)
ANS Şirkətlər Qrupunun 1 saylı İqtisad Məhkəməsinin “ANS-Commerce”-lə bağlı çıxardığı qətnamədən verdiyi apellyasiya şikayəti üzrə qətnamənin elan olunması təxirə salınıb. Məhkəmə iclasına sədrlik edən Apellyasiya Məhkəməsinin hakimi İlqar Dadaşov APA-ya bildirib ki, şikayətlə bağlı məhkəmə tədqiqatı başa çatıb və qərar yanvarın 31-də elan olunacaq.
Qeyd edək ki, ötən ilin avqust-sentyabr aylarında Vergilər Nazirliyi “ANS-Commerce”-də yoxlamalar aparıb. Yoxlamalardan sonra nazirlik ilkin olaraq vergidən yayınmaya görə, ANS Şirkətlər Qrupuna 31 min AZN məbləğində cərimə tətbiq edib. Bundan razı qalmayan ANS Şirkətlər Qrupu Vergilər Nazirliyinin qərarından 1 saylı İqtisad Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib. Hakim Maşallah Əhmədovun sədrliyi ilə keçirilən iclasda ANS Şirkətlər Qrupunun nümayəndələri beynəlxalq auditor təşkilatının və yerli auditorların “ANS-Commerce”də apardığı yoxlamaların nəticələrinin rəylərini məhkəməyə təqdim edib və bu rəylərin Vergilər Nazirliyinin auditorlarının rəyləri ilə uyğun gəlmədiyini sübut etməyə çalışıb. Sənədlər ekspertiza üçün Ədliyyə Nazirliyi Elmi-Tədqiqat Məhkəmə Ekspertizası Kriminalistika və Kriminologiya Problemləri İnstitutuna təqdim edilsə də, məhkəmə ANS Şirkətlər Qrupunun iddiasını əsassız sayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR