Yeddi qəzet fevralın 1-dən yeni qiymətlə satışa çıxacaq
29 yanvar 2007 15:50 (UTC +04:00)
Bu gün Azərbaycanda nəşr olunan 7 qəzetin baş redaktoru rəhbərlik etdikləri mətbu orqanların satış qiymətinin 30 qəpiyə qaldırılması ilə bağlı birgə memorandum imzalayıblar. Bu barədə APA-ya “Azadlıq” qəzetinin diroektoru Azər Əhmədov məlumat verib. Memorandumda baş redaktorlar oxuculardan üzr istəyərək qəzetlərin satış qiymətini artırmağa məcbur olduqlarını qeyd ediblər. A. Əhmədovun sözlərinə görə, enerji daşıyıcılarının qiymətlərinin qalxmasına baxmayaraq, redaktorlar qəzetlərin qiymətinin artırılması məsələsində tərəddüd edirdilər: “Amma son günlər qəzet kağızının qiyməti də xeyli artıb və hazırda bir tonu 800-850 dollaradır. Çap, kağız və yayım xərclərini çıxdıqdan sonra hər qəzetdən 2 qəpik pul qalır. Bununla redaksiyanı saxlamaq mümkün deyil”. A. Əhmədov memorandumun “Azadlıq”, “Yeni Müsavat”, “Gündəlik Azərbaycan”, “Bizim yol”, “Ekspress”, “Şərq”, “24 saat” qəzetlərinin baş redaktorları tərəfindən imzalandığını və bu qəzetlərin fevralın 1-dən yeni qiymətlə satışa çıxacağını bildirib. /APA/
Hadisə
Gəncədə məktəbli bıçaqlanıb - YENİLƏNİB
20:22
2 may 2024
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
19:25
2 may 2024
Gürcüstanda azərbaycanlı iş adamını qətlə yetirən şəxs ömürlük azadlıqdan məhrum edilib
18:50
2 may 2024
Təcridxanaya dolmanın içərisində narkotik keçirməyə cəhd edilib - FOTO
18:18
2 may 2024