Bank Of Baku

Ramil Usubov: “Penitensiar sistemdə çalışan əməkdaşların yaxından köməyi ilə onlarla cinayət işləri açılıb”

Ramil Usubov: “Penitensiar sistemdə çalışan əməkdaşların yaxından köməyi ilə onlarla cinayət işləri açılıb”
# 30 yanvar 2007 08:52 (UTC +04:00)
“Penitensiar sistemdə çalışan əməkdaşların yaxından köməyi ilə daxili işlər orqanlarının əməliyyat aparatları ilə birgə onlarla cinayət işləri açılıb”. APA-nın məlumatına görə, bunu daxili işlər naziri Ramil Usubov ilin yekunları ilə bağlı keçirdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib. Ədliyyə Nazirliyi ilə Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq əlaqələrindən razı qalan nazir bildirib ki, istintaq davam edən müddətdə şəxsin törətdiyi digər cinayətlərin dairəsini müəyyənləşdirmək məqsədilə daxili işlər orqanlarının əməliyyatçıları istintaq təcridxanalarında iş aparmaq imkanına malikdir: “Sonrakı etapda da Ədliyyə Nazirliyinin müvafiq qurumlarının əməkdaşları ilə bizim əməkdaşlar əlaqə saxlayır, lazımi işlər aparırlar”. R. Usubov hansısa ağır cinayəti törədən şəxsin məsuliyyətdən yayınmaq üçün az ağır cinayət törədərək cəzaçəkmə müəssisəsinə düşməsi ilə bağlı faktların çox nadir hallarda baş verdiyini bildirib və qeyd edib ki, istintaqın gedişi zamanı cinayəti törədən şəxs ətrafında yalnız həmin cinayətlə bağlı əməliyyat təhqiqi aparılmır: “Həmin şəxsin o cinayətə qədərki həyat şəraiti, törətdiyi cinayətlər əsasında əməliyyat təhqiqi aparılır. Belə olan halda onun hansısa ağır cinayəti gizlətməsi, istintaqdan yayınması mümkünsüzdür”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR