Yasamal rayonunda yeni tikilən binada partlayış baş verib

Yasamal rayonunda yeni tikilən binada partlayış baş verib
# 30 yanvar 2007 10:39 (UTC +04:00)
Bu gün saat 10:21 radələrində Yasamal rayonu V. Ağayev küçəsi 115-də, 1958-ci təvəllüdlü Əli Bayram oğlu Qurbanova məxsus “Dönüş” MTK şirkəti tərəfindən inşa olunan 16 mərtəbəli yaşayış binasının qeyri-yaşayış üçün nəzərdə tutulan, ümumi sahəsi 900 kv.m. olan 2-ci mərtəbəsində qaz sızması nəticəsində partlayış baş verib. Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə Əlaqə İdarəsinin mətbuat xidməti şöbəsindən APA-ya verilən məlumata görə, partlayış nəticəsində 2-ci mərtəbənin aynabəndi 4 kv.m. sahədə uçub, asma tavan 200 kv.m. sahədə deformasiyaya uğrayıb, qapı-pəncərə şüşələri və birinci mərtəbədə pəncərə şüşələri 40 kv.m. sahədə sınıb. Hadisə zamanı tikintidə fəhlə işləyən, 1977-ci il təvəllüdlü Qurban Maqsud oğlu Həşimov yanıq xəsarəti alaraq Yanıq Mərkəzinə aparılıb. Hadisə ilə əlaqədar təhqiqat aparılır./APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR