Şamaxı sakini Bakıda qətlə yetirilib
30 yanvar 2007 11:10 (UTC +04:00)
Bu gecə Bakının Maştağa qəsəbəsində qətl hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəsəbədə yaşayan Şamaxı sakini İlqar Hüseynov bıçaq yarası ilə gecə xəstəxanaya gətirilib. O, aldığı xəsarətdən xəstəxanada keçinib. Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni Bakı şəhər sakini Abdulxalıq Sadıqovun törətdiyi müəyyənləşdirilib. A. Sadıqov həbs olunub, fakta dair cinayət işi başlanıb. /APA/
Hadisə
Goranboyda inzibati binadan oğurluğa görə mühafizəçi saxlanılıb
17:41
6 may 2024
Naxçıvanın sabiq komitə sədrinin məhkəməsi başlayır
15:55
6 may 2024
Anasını öldürməkdə təqsirləndirilən şəxsin istintaqı tamamlanıb
15:53
6 may 2024
Lənkəranda saxta uduşlu lotoreya dələduzluğu aşkarlanıb
15:24
6 may 2024