Misir Mərdanov: “Vahid geyim formaları hələ təsdiqlənmədiyi üçün məktəblilərin geyimlərinə qadağa qoya bilmərik”
30 yanvar 2007 12:24 (UTC +04:00)
“Təhsildə yeni kurrikulumların tətbiqinə 2008-2009-cu tədris ilindən başlanacaq”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. Məktəblilərin vahid geyim formasına keçməsi məsələsinə münasibət bildirən nazir bu problemin hələ qaldığını bildirib: “Geyim formaları rəsmi təsdiqlənməyib. Ona görə də mən deyə bilmərəm ki, kim məktəbə hansı formada getsin. Biz bu gün məktəblilərin geyimlərinə qadağa qoya bilmərik”. M. Mərdanov müəllimlərin lisenziyalaşdırılması ilə bağlı təkliflərin hazırlandığını təsdiqləyib: “Müəllimlərin lisenziyalaşdırılması təcrübəsi dünyada var. Biz buna təhsilin keyfiyyətinin yüksəlməsinə xidmət edən amil kimi baxırıq. İstəyirik ki, “Təhsil haqqında” qanunda bu, bir bənd kimi öz əksini tapsın. Əgər bunu qanuna əlavə edə bilsək, lisenziyalaşdırmanın həyata keçirilmə mexanizmi olacaq. Məsələn, ABŞ-da hər 5 ildən bir müəllimlərin fəaliyyəti qiymətləndirilir və həmin müəllim ya fəaliyyətini davam etdirir, ya da ixtisasartırma və təkmilləşdirmə kursuna göndərilir”. /APA/
Hadisə
Qubada çörək sexində yanğın baş verib - FOTO
23:16
8 may 2024
Biləsuvarda "Prado" motoskletlə toqquşub, xəsarət alanlar var - YENİLƏNİB
20:25
8 may 2024
Həkimlərin talassemiyalı uşaqlara qarşı 1 milyon manatlıq dələduzluğu - Məhkəmə prosesi
19:20
8 may 2024
Qəbələdə subasma zamanı köməksiz vəziyyətdə qalmış 2 azyaşlı təxliyə edilib - VİDEO
19:17
8 may 2024