Bank Of Baku

Azad Rəhimov: “İpoteka şərtlərinin bundan artıq yüngülləşdirilməsi mənzillərin pulsuz paylanması deməkdir”

Azad Rəhimov: “İpoteka şərtlərinin bundan artıq yüngülləşdirilməsi mənzillərin pulsuz paylanması deməkdir”
# 30 yanvar 2007 14:25 (UTC +04:00)
2 fevral tarixinin Gənclər Günü elan olunmasının 10-cu ildönümü ilə bağlı Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Gənclərlə iş üzrə İctimai Şuranın iclası keçirilib. APA-nın məlumatına görə, gənclər və idman naziri Azad Rəhimovun sədrliyi ilə keçirilən iclasda gənclər təşkilatlarının, bir sıra ictimai birliklərin və fondların rəhbərləri, həmçinin bəzi millət vəkilləri iştirak ediblər. İclasda “Azərbaycan Gəncliyi Dövlət Proqramı”nın (2005-2009-cu illər) icrasından irəli gələn vəzifələrlə bağlı müzakirələr aparılıb və yeni qanunların hazırlanması ilə bağlı təkliflər dinlənilib. Gənclər təşkilatlarının rəhbərləri “Təhsil haqqında” qanunun tezliklə qəbul olunması, qanunun gənclər təşkilatları ilə ictimai müzakirəsinin təşkili, ali məktəblərdə imtahanların test üsulu ilə keçirilməsi, vətənpərvərliyin artırılması üçün psixoloqların xidmətindən istifadə edilməsi, ipoteka kreditlərinin daha da yumşaldılması, gənclərin hüquqları ilə bağlı beynəlxalq sənədlərin təbliği və digər təkliflər irəli sürülüb. Nazir Azad Rəhimov bildirib ki, ipoteka kreditlərinin verilmə şərtləri mümkün olan həddə qədər yumşaldılıb: “İpoteka şərtlərinin bundan artıq yüngülləşdirilməsi mənzillərin pulsuz paylanması deməkdir”. Nazir bildirib ki, güzəştli ipoteka ilə bağlı qanun layihəsi nazirlik tərəfindən gənclər təşkilatları arasında paylanacaq və izah ediləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR