Pirallahıda güclü yanğın baş verib
30 yanvar 2007 14:37 (UTC +04:00)
Bu gün saat 13:40 radələrində Bakı şəhəri, Əzizbəyov rayonunun Pirallahı adasının Təzə qəsəbəsində güclü yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə Əlaqə İdarəsinin mətbuat xidməti şöbəsindən APA-ya verilən məlumata görə, hadisə S. Vurğun küçəsi, döngə 2, ev 5, mənzil 1 ünvanında olub. Nəticədə 1919-cu il təvəllüdlü Andreyanova Proskoviya Alekseyevnaya məxsus, ümumi sahəsi 46 kvadratmetr olan ikiotaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 18 kvadratmetr sahədə yanıb. Yanğın zamanı müxtəlif xəsarətlər almış ev sahibi yanğınsöndürənlər tərəfindən xilas edilib. O, təcili tibbi yardım maşını ilə 3 saylı Tibbi Sanitar Hissəsinə çatdırlıb. Digər otaq yanğından mühafizə olunub. Hadisənin səbəbi və dəyən ziyan müəyyənləşdirilir. /APA/
Hadisə
Ağstafada ağır yol qəzası baş verib, ölən və xəsarət alanlar var - FOTO
23:33
30 aprel 2024
Oğuzun 77 yaşlı sakini sirkə turşusundan zəhərlənib
22:13
30 aprel 2024
Sumqayıtda zavod yaxınlığında yanğın baş verib
21:28
30 aprel 2024
Goranboyda piyadanın ölümü ilə nəticələnən qəza baş verib
21:24
30 aprel 2024