Bank Of Baku

Bu günədək Gəncədə 65340 elektrik sayğacı quraşdırılıb

Bu günədək Gəncədə 65340 elektrik sayğacı quraşdırılıb
# 01 fevral 2007 08:56 (UTC +04:00)
Bu günədək Gəncə şəhərində 65340 elektrik sayğacı abonentlərin ixtiyarına verilib. Gəncə Regional Enerji Təchizat MMC-nin direktoru Əhməd Musayevin APA-nın qərb bürosuna verdiyi məlumata görə, bu ilin mart ayınadək Gəncə şəhərində əlavə 5 min ədəd sayğac quraşdırılacaq. Bu sayğacların 3 mini təkcə Sevinc qəsəbəsinə aiddir. Digər 2 min sayğacın çox hissəsi Avtozavod qəsəbəsində və digər ərazilərdə quraşdırılacaq. Qeyd edək ki, bu günə kimi Gəncə şəhərində mənzil daxilində quraşdırılmış 400 sayğac mənzil xaricinə çıxardılıb. Mart ayınadək daha 800-1000 sayğacın mənzil xaricinə çıxarılması planlaşdırılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR