Bank Of Baku

Sürət Hüseynovun dəstəsinin daha bir üzvünün məhkəməsi başlayır

Sürət Hüseynovun dəstəsinin daha bir üzvünün məhkəməsi başlayır
# 01 fevral 2007 09:50 (UTC +04:00)
Hakim M.Əliyev APA-ya bildirib ki, cinayət işini artıq icraata götürüb, fevralın 8-də hazırlıq iclası keçiriləcək. İttiham aktına görə, A.Zeynalov əvvəllər Yevlaxdakı “Yun-İplik” Kombinatında çilingər işləyib, 1994-1995-ci illərdə isə kombinatın hazırda həbsdə olan müdiri Nüsrət Budaqovun sürücüsü olub. Bu müddətdə A.Zeynalov müdiri ilə cinayət əlaqəsinə girərək, onun göstərişi ilə müəyyən şəxsləri silahla təmin edib. S.Hüseynov və digərlər dəstə üzvlərinin 1994-cü il oktyabrın 4-də hakimiyyəti ələ keçirmək üçün hazırladığı dövlət çevrilişinə cəhdin qarşısı alındıqdan sonra N. Budaqov həbs edilib, A. Zeynalov isə özündə saxladığı silahı qardaşı vasitəsilə 1995-ci ildə təhvil versə də, özü istintaqdan yayınıb. 1995-ci ildən barəsində axtarış elan olunan A. Zeynalov ötən ilin dekabrında həbs edilib. Bundan sonra onun barəsində Cinayət Məcəlləsinin 279.1-cu maddəsi (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silah, döyüş sursatı, hərbi texnika və partlayıcı maddə ilə təmin etmə) ilə başlanmış cinayət işinin istintaqı təzələnərək, istintaq hərəkətləri davam etdirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR