Bank Of Baku

Moskva Dövlət Açıq Universitetinin Bakı filialı fəaliyyətinin dayandırılması barədə çıxarılan qərardan kasasiya şikayəti verib

Moskva Dövlət Açıq Universitetinin Bakı filialı fəaliyyətinin dayandırılması barədə çıxarılan qərardan kasasiya şikayəti verib
# 01 fevral 2007 10:10 (UTC +04:00)
Moskva Dövlət Açıq Universitetinin Bakı filialı Apelyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib. Bu barədə APA-ya Təhsil Nazirliyinin İcra Aparatından bildirilib. Qeyd edək ki, 1 saylı Yerli İqtisad Məhkəməsi Təhsil Nazirliyinin iddiası əsasında Azərbaycanın Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş Moskva Dövlət Açıq Universitetinin Bakı filialının dövlət qeydiyyatını ləğv etdiyi üçün bu təhsil müəssisəsi həmin qərardan Apelyasiya Məhkəməsinə müraciət edib. Həmin instansiya da 1 saylı Yerli İqtisad Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Nazirlikdən bildirilib ki, fevralın 5-də 1 saylı Yerli İqtisad Məhkəməsi Təhsil Nazirliyinin xarici dövlətlərin Azərbaycanda qanunsuz fəaliyyət göstərən daha 15 filialı ilə bağlı qərar verəcək. Həmin qərarda filialların işinə baxılacaq rayon məhkəmələri müəyyənləşdiriləcək.
Xatırladaq ki, Təhsil Nazirliyi xarici ölkələrin Azərbaycanda qanunsuz fəaliyyət göstərən 17 filialının fəaliyyətinin dayandırılması və qanunvericiliklə müəyyən edilmiş qaydada ləğvi iddiası ilə 1 saylı Yerli İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə artıq Moskva Dövlət Açıq Universitetinin Bakı filialı ilə yanaşı, Kiyev Sahibkarlıq, Hüquq və Reklam İnstitutunun Bakı filialının dövlət qeydiyyatını da ləğv edib. Nazirliyin qaldırdığı məsələyə aidiyyəti üzrə baxılıb həll edilənədək adları qeyd olunan filiallara tələbə qəbulu qadağan edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR