Bank Of Baku

Keşlə qəsəbəsində 7-ci sinif şagirdinin qətli ilə bağlı saxlanılan 9-cu sinif şagirdinə rəsmən ittiham irəli sürülüb

Keşlə qəsəbəsində 7-ci sinif şagirdinin qətli ilə bağlı saxlanılan 9-cu sinif şagirdinə rəsmən ittiham irəli sürülüb
# 01 fevral 2007 10:10 (UTC +04:00)
Bu barədə APA-ya Nizami Rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki, A. Dadaşov barəsində Nizami Rayon Məhkəməsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib.
Xatırladaq ki, dekabrın 9-da çoxsaylı kəsilmiş-deşilmiş xəsarətləri olan İ.Hüseynlini ölümcül vəziyyətdə Keşlə qəsəbəsindəki “Savalan” mebel fabrikinin yaxınlığında tapan şəxslər onu 32 saylı xəstəxanaya çatdırsalar da, məktəblinin həyatını xilas etmək mümkün olmayıb. Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb. Keşlə qəsəbəsinin sakinləri bildiriblər ki, İ.Hüseynli dərs vaxtı naməlum şəxs tərəfindən çölə çağırılıb. Sakinlər qətlin qisasçılıq zəminində baş verdiyini iddia edirlər. Onlar bildirib ki, İ.Hüseynlinin atası hərbçi olub. Qətl də mərhumun atasının fəaliyyəti ilə əlaqələndirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR