Bank Of Baku

“Quş qripi”nə yoluxmaqda şübhəli bilinərək dünyasını dəyişən Salyan sakinin müayinələri bu gün ÜST-nin referens laboratoriyasına təqdim ediləcək

“Quş qripi”nə yoluxmaqda şübhəli bilinərək dünyasını dəyişən Salyan sakinin müayinələri bu gün ÜST-nin referens laboratoriyasına təqdim ediləcək
# 01 fevral 2007 10:11 (UTC +04:00)
“Quş qripi”nə yoluxmaqda şübhəli bilinən və yanvarın 28-də dünyasını dəyişən Salyan rayonu Dayıkənd kəndinin 14 yaşlı sakini Əsgərov Əjdər Ələsgər oğlunun müayinələri Almaniyanın “Lufthanza” aviaşirkətinin təyyarəsi ilə dünən gecə Londona çatdırılıb. Bu günün sonuna qədər BMT-nin təhlükəsizlik qaydaları əsasında paketləşdirilən nümunələr müayinə olunmaq üçün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Londondakı referens laboratoriyasına təqdim ediləcək. Bu barədə APA-ya ÜST-nin Azərbaycandakı nümayəndəliyindən məlumat verilib. Nümayəndəlikdən bildiriblər ki, müayinələrin cavabının daha qısa müddətdə açıqlanması xahişi ilə Azərbaycan həmin laboratoriyaya müraciət etdiyindən nəticələrin bu həftənin sonunda açıqlanacağı gözlənilir.
Qeyd edək ki, Ə.Əsgərovun “quş qripi”nə yoluxduğu təsdiqlənərsə, ÜST-nin ekspertləri yardım göstərmək üçün Azərbaycana gələ bilərlər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR