Bank Of Baku

Səhiyyə Nazirliyinin hazırladığı 9 dövlət proqramının həyata keçirilməsinə 40 milyon manat sərf olunacaq

Səhiyyə Nazirliyinin hazırladığı 9 dövlət proqramının həyata keçirilməsinə 40 milyon manat sərf olunacaq
# 01 fevral 2007 10:11 (UTC +04:00)
Bu il Səhiyyə Nazirliyinin hazırladığı və Nazirlər Kabineti tərəfindən təsdiqlənən 9 dövlət proqramının həyata keçirilməsinə 40 milyon manat sərf olunacaq. Bu proqramların ikisinin təşəbbüskarı Heydər Əliyev Fondudur. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə səhiyyə nazirinin müavini Elsevər Ağayev məlumat verib. E. Ağayev bildirib ki, proqramlar çərçivəsində irsi qan, xroniki böyrək çatışmazlığı, onkoloji, şəkərli diabet xəstələrinə dövlət yardımının göstərilməsi, səhiyyə sistemində ilk dəfə olaraq elektron sağlamlıq kartlarının tətbiqi və digər profilaktik tədbirlərin reallaşdırılması nəzərdə tutulur. E. Ağayev onu da vurğulayıb ki, bu il kapital qoyuluşu və investisiya xərclərinin 50-60 milyon manatı səhiyyə sahəsinə ayrılacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR