Bank Of Baku

Təhsil Nazirliyi riyaziyyat və ibtidai sinif metodistləri üçün təlim kursu keçirir

Təhsil Nazirliyi riyaziyyat və ibtidai sinif metodistləri üçün təlim kursu  keçirir
# 01 fevral 2007 10:20 (UTC +04:00)
Fevralın 3-dək Azərbaycan Müəllimlər İnstitutunda riyaziyyat və ibtidai sinif metodistləri üçün yeni kurrikulumlarla iş üzrə təlim kursu keçiriləcək. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 29-dan başlayan bu kursa rayon və şəhər təhsil şöbələrində çalışan 146 metodist cəlb olunub. Kursun keçirilməsində əsas məqsəd həmin metodistlər tərəfindən yerlərdə fəaliyyət göstərən ibtidai sinif müəllimlərinin fənn kurrikulumları ilə iş üzrə hazırlığının təmin edilməsinə kömək göstərməkdir. Tədbirdə metodistlər “Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (Milli Kurrikulumu)” sənədinin məzmun və mahiyyəti, yeni fənn kurrikulumlarının səciyyəvi xüsusiyyətləri və strukturu, fənn kurrikulumları əsasında məktəb kurrikulumlarının hazırlanması texnologiyası, fənn kurrikulumları ilə iş şəraitində təlimin təşkilinə verilən tələblər, təlim nəticələri və məzmun standartları, qiymətləndirmə mexanizmləri və digər mövzuları üzrə mühazirələr dinləyəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR