Bank Of Baku

Azərbaycan Nəşriyyatı bu gündən çap xərcini 25, icarə haqqını isə 50 faiz artırıb

Azərbaycan Nəşriyyatı bu gündən çap xərcini 25, icarə haqqını isə 50 faiz artırıb
# 01 fevral 2007 10:38 (UTC +04:00)
Bu barədə APA-ya məlumat verən nəşriyyatın direktor müavini Bəsti İsmayılovanın sözlərinə görə, nəşriyyatın bu qərarı qəbul etməsinə enerji daşıyıcılarının qiymətinin artırılması səbəb olub. Direktor müavini çap xərclərinə kağızın qiymətinin daxil olmadığını bildirib: “Çünki nəşriyyat kağız satmır. Bizim müştərilərimizin 90 faizi kağızı özləri alır. Tək-tək hallarda onlar kağızın nəşriyyatdan alınmasını istəyirlər”. B. İsmayılova çap xərclərinə çap üçün lazım olan materialların, kimyəvi maddələrin daxil olduğunu bildirib: “İcarə haqqı dedikdə, kommunal xərclər başa düşülməlidir. Yəni, kommunal xərclər 50 faiz qaldırılıb”. B. Əliyeva hesab edir ki, qiymət artımını qəzetlər anlayışla qarşılayacaq: “Bu qərar məcburiyyətdən doğub. Yəni, əsas məqsəd qazanc götürmək deyil. Bir neçə aydan sonra bu qiymət artımının nəşriyyatın işinə nə dərəcədə təsir etdiyini araşdıracağıq”.
Direktor müavinin sözlərinə görə, hazırda nəşriyyatda 120-dən çox qəzet fəaliyyət göstərir. B. İsmayılova onu da xatırladıb ki, bu vaxta qədər nəşriyyatda icarə otaqların 1 kv/m-nin qiyməti 1 manat 80 qəpik olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR