Bank Of Baku

“QHT-lərlə bağlı qanunların tətbiqinin mövcud vəziyyəti” mövzusunda seminar keçirilib

“QHT-lərlə bağlı qanunların tətbiqinin mövcud vəziyyəti” mövzusunda seminar keçirilib
# 01 fevral 2007 10:46 (UTC +04:00)
Azərbaycan Milli QHT Forumu (MQF) və İqtisadi Hüquqi Maarifçilik Mərkəzi (İHMM) “Qeyri-kommersiya hüququ üzrə Əsaslı İctimai Vəkillik” layihəsi çərçivəsində “QHT-lərlə bağlı qanunların tətbiqinin mövcud vəziyyəti” mövzusunda seminar keçirib. APA-nın məlumatına görə, MQF-nin icraçı direktoru Fərasət Qurbanov QHT-lərin fəaliyyətində qanunlardan istifadənin zəruriliyindən danışıb. Onun sözlərinə görə, bəzi QHT-lər qanunlardan yetərincə istifadə etmir. İHMM-nin sədr müavini Ağamirzə Bağırov QHT-lər sahəsində qanunların icra vəziyyəti ilə bağlı monitorinq apardıqlarını deyib: “Məlum olub ki, ölkədə QHT-lərin fəaliyyəti ilə bağlı qanunlar çox olsa da, icra olunmur. QHT-lər isə bunu müxtəlif şəkildə anlatmağa cəhd edir”. QHT-lərin qeydiyyatına da toxunan A. Bağırov regionlarda yaradılan təşkilatların dövlət qeydiyyatı məsələsində çətinliklərlə üzləşdiyini də söyləyib: “Bunun əsas səbəbi Ədliyyə Nazirliyinin dövlət qeydiyyatı qurumunun bəzi regionlarda bölmələrinin fəaliyyət göstərməməsidir”. A. Bağırov 2005-ci ildə yalnız 350 QHT-nin dövlət qeydiyyatından keçdiyini də qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR