Bank Of Baku

Mingəçevirdə güclü yanğın baş verib

Mingəçevirdə güclü yanğın baş verib
# 01 fevral 2007 10:50 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə Əlaqə İdarəsinin mətbuat xidməti şöbəsindən APA-ya verilən məlumata görə, hadisə nəticəsində ümumi sahəsi 500 kv.m. olan taxta konstruksiyalardan ibarət birmərtəbəli barak tipli evdə işsiz, 1957-ci il təvəllüdlü Novruz İsrafil oğlu Sarıyevə məxsus (1 saylı mənzil) 3 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları 45 kv.m sahədə, 1963-cü il təvəllüdlü Sümayə Yüzbaşı qızı Cavadovaya məxsus (3 saylı mənzil) 2 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları 35 kv.m. sahədə, 1963-cü il təvəllüdlü Ağayar Yüzbaşı qızı Cavadovaya məxsus (3 saylı mənzil) 3 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları 35 kv.m. sahədə, 1939-cu il təvəllüdlü Nuriyyə Emin qızı İsayevaya məxsus (9 saylı mənzil) 2 otaqlı mənzilin yanar konstruksiyaları 30 kv.m. sahədə, 1961-ci il təvəllüdlü Gülmayə Hüseyn qızı Süleymanovaya məxsus (5 saylı mənzil) 1 otaqlı mənzilin yanar konstruksiyaları 15 kv.m. sahədə, 1982-ci il təvəllüdlü Tural Hacı oğlu İsrafilova məxsus (6 saylı mənzil) 1 otaqlı mənzilin yanar konstruksiyaları 20 kv.m. sahədə, 1964-cü il təvəllüdlü Süleyman Teymur oğlu Niftəliyevə məxsus (7 saylı mənzil) 1 otaqlı mənzilin yanar konstruksiyaları 20 kv.m sahədə, 1961-ci il təvəllüdlü Vədut İzzət oğlu Məmmədova (12 saylı mənzil) məxsus 3 otaqlı mənzilin yanar konstruksiyaları 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Hadisə zamanı psixoloji gərginlik keçirən Nuriyyə İsayevanın vəziyyəti pisləşib və təcili yardım vasitəsilə xəstəxanaya çatdırılarkən yolda vəfat edib. Yanğın nəticəsində dəyən ziyan müəyyənləşdirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR