Bank Of Baku

Müstəqil Azərbaycan Universitetinin tələbələri deputatlarla görüşüblər

Müstəqil Azərbaycan Universitetinin tələbələri deputatlarla görüşüblər
# 01 fevral 2007 11:44 (UTC +04:00)
Fəaliyyətinə xitam verilmiş Müstəqil Azərbaycan Universitetinin (MAU) tələbələri saat 14-də Milli Məclisin binası qarşısına toplaşıblar. APA-nın məlumatına görə, onlar təhsil hüquqlarının bərpası üçün millət vəkillərindən yardım istəyiblər. Tələbələr daha çox parlamentin Elm və təhsil komissiyasının sədri Şəmsəddin Hacıyev, İnsan hüquqları komissiyasının sədri Rəbiyyət Aslanova və ən gənc deputat Fuad Muradovla görüş tələb ediblər. R. Aslanova bir qrup tələbəni qəbul edib, həmçinin deputat Cəmil Həsənli də tələbələrlə görüşərək onların tələblərini dinləyib. Milli Məclisin binası önünə polis əməkdaşları gətirilsə də, ictimai asayiş pozulmadığı və razılaşdırılmamış aksiya keçirilmədiyi üçün onlar prosesə müdaxilə etməyiblər.
Qeyd edək ki, yanvarın 29-da Binəqədi Rayon Məhkəməsi MAU-nun 125 tələbəsinin müvafiq tələbini təmin etməyib. Tələbələr əsassız olduğunu səbəb gətirərək, Binəqədi Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verməyə hazırlaşırlar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR