Bank Of Baku

Zaqatala, Şəki və Qax rayonlarında Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Zaqatala, Şəki və Qax rayonlarında Gənclər Günü münasibəti ilə tədbir keçirilib
# 01 fevral 2007 12:10 (UTC +04:00)
Bu gün Zaqatala rayonunda 2 Fevral - Gənclər Günü münasibəti ilə tədbir keçirilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala Rayon Gənclər İdarəsinin rəsi Araz Əliyev məlumat verib. A. Əliyevin məlumatına görə, Gənclər Gününə həsr edilmiş bayram tədbirində Zaqatala Rayon İcra Hakimiyyəti (RİH) aparatının nümayəndələri, rayon Gənclər İdarəsinin əməkdaşları, rayonun bir sıra gəncləri, müvafiq idarə və təşkilat nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən natiqlər gənclərin dövlətçiliyimizdəki rolu, təhsil, idman və mədəniyyət sahəsində göstərdikləri yüksək nailiyyətləri iştirakçıların nəzərinə çatdırıblar. Tədbirdə bir sıra rayon gənclərinə təhsil, idman və mədəniyyət sahəsində göstərdikləri nailiyyətlərə görə rayon RİH başçısı və bir sıra kənd bələdiyyələri adından hədiyyələr təqdim olunub.
Qeyd edək ki, bu gün Şəki və Qax rayonlarında da Gənclər gününə həsr edilmiş bayram tədbirləri keçirilib, bir qrup fəal gəncə mükafat və hədiyyələr təqdim olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR