Bank Of Baku

Penitensiar Xidmətin əməkdaşları Türkiyəyə səfər ediblər

Penitensiar Xidmətin əməkdaşları Türkiyəyə səfər ediblər
# 01 fevral 2007 12:22 (UTC +04:00)
Azərbaycan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin istehsalat şöbəsinin rəisi Ədalət Vəzirov və 3 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Elxan Sadıqov Türkiyənin Əskişəhər şəhərində yerləşən açıq tipli Cəzaçəkmə Müəssisəsində olublar. APA-nın Türkiyə bürosunun məlumatına görə, azərbaycanlı qonaqlar məhkumların əmək fəaliyyəti ilə tanış olublar, onların çalışdığı atelyelərə baş çəkiblər. Daha sonra şəhər prokuroru Gökhan Karaburun Ə. Vəzirov və E. Sadıqovu qəbul edib. Görüşdə iki ölkənin penitensiar sistemi arasında əlaqələr müzakirə olunub.
Qeyd edək ki, Əskişəhər açıq tipli Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkumları hamısı əmək fəaliyyətinə cəlb olunub. Türkiyənin ədliyyə orqanlarının ehtiyaclarını böyük ölçüdə ödəyən müəssisənin ötən ilki təmiz gəliri 2 milyon 11 min YTL təşkil edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR