Bank Of Baku

Milli Məclisin yaz sessiyasında Ombudsmanın və 2006-cı ilin dövlət büdcəsinin icrası haqqında hesabatlar dinləniləcək

Milli Məclisin yaz sessiyasında Ombudsmanın və 2006-cı ilin dövlət büdcəsinin icrası haqqında hesabatlar dinləniləcək
# 01 fevral 2007 12:22 (UTC +04:00)
Bu gün Milli Məclisin yaz sessiyasının ilk iclası keçirilib. APA-nın məlumatına görə, yaz sessiyasının açılış mərasimində çıxış edən spiker Oqtay Əsədov sessiyasının qanunvericilik işləri planına daxil olan qanun layihələri haqqında məlumat verib. Spiker yaz sessiyasının 5-ci iclasında Nazirlər Kabinetinin hesabatının dinləniləcəyini bildirib. Onun sözlərinə görə, yaz sessiyasında, həmçinin Ombudsmanın və 2006-cı ilin dövlət büdcəsinin icrası haqqında hesabatlar dinləniləcək. Bundan başqa bələdiyyələrin işinə ictimai nəzarəti həyata keçirən orqanın da hesabatı olacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR