Bank Of Baku

Kamil Sədrəddinovun həbsi ilə bağlı vəkili “Amnesty İnternational” təşkilatına müraciət edəcək

Kamil Sədrəddinovun həbsi ilə bağlı vəkili “Amnesty İnternational” təşkilatına müraciət edəcək
# 01 fevral 2007 12:24 (UTC +04:00)
“Kamil Sədrəddinovun həbsində siyasi motiv olduğu üçün “Amnesty İnternational” təşkilatına müraciət edəcəyəm. Qurumun gələcək hesabatlarına onun adının siyasi məhbus kimi salınması vacibdir”. Bu sözləri APA-ya Daxili İşlər Nazirliyi Baş Cinayət-Axtarış İdarəsinin sabiq şöbə rəisi, Hacı Məmmədovun dəstəsinin törətdiyi cinayətlərdə iştirakda günahkar bilinərək, əmlakı müsadirə olunmaqla, azadlıqdan ömürlük məhrum edilmiş K. Sədrəddinovun vəkili Oqtay Gərəkməzli məlumat verib. Onun sözlərinə görə, hazırda müraciət üçün bəzi sənədlər hazırlanır. Vəkil K. Sədrəddinova ömürlük həbs cəzasının onun günahlarına görə verilmədiyini bildirib: “Kamil iki prezidentin xilaskarı kimi tanınır. O, 1995-ci ildə Heydər Əliyev və Ukrayna prezidenti Leonid Kuçmanın keçəcəyi Sabunçu körpüsünün partladılmasının qarşısını aldığına görə dövlət mükafatı ilə təltif olunub. Bu işə görə daxili işlər nazirinin sabiq müavini Zahid Dünyamalıyev və idarə rəisi Zakir Nəsirova general rütbəsi verilib, ancaq bu amillərin heç biri nəzərə alınmır”. Məhkəmənin hökmündən apellyasiya şikayəti verilməməsinə gəlincə, O. Gərəkməzli bunu hökmün hələlik hazır olmaması ilə izah edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR