Bank Of Baku

“Azərenerji”nin Şəki Regional Enerji Təchizatı İdarəsinin müfəttişi 3 il müddətinə azadlıqdan məhrum edilib

“Azərenerji”nin Şəki Regional Enerji Təchizatı İdarəsinin müfəttişi 3 il müddətinə azadlıqdan məhrum edilib
# 05 fevral 2007 13:48 (UTC +04:00)
Bu gün Şəki Şəhər Məhkəməsində hakim Əhməd Nurməmmədovun sədrliyi ilə “Azərenerji” ASC-nin Şəki Regional Enerji Təchizatı İdarəsinin müfəttişi Musa Hacıyev 3 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə APA-ya Şəki Şəhər Məhkəməsinin sədri Adil Mikayılov məlumat verib. A. Mikayılov bildirib ki, Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə) ittiham olunan M. Hacıyev əhali istehlakçı qrupundan enerji haqlarını alıb mənimsəməkdə suçlu bilinib. Məhkəmənin hökmündən sonra o, məhkəmə zalında həbs olunub. Məhkəmə sədrinin sözlərinə görə, M. Hacıyev barəsindəki cinayət işinin istintaqı baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR