İyunun 11-də Culfa şəhərdəki 5 mərtəbəli yaşayış binasında baş verən yanğında xəsarət alan 2004-cü il təvəllüdlü Fidan Zeynalova ölüb.
APA xəbər verir ki, o, müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, yanğın nəticəsində onun azyaşlı övladı 2023-cü il təvəllüdlü Emil Zeynalov da ölmüşdü.
***
11 iyun, 16.51
Bu gün Culfa şəhərində baş verən yanğın zamanı xəsarət alan 2023-cü il təvəllüdlü Emil Zeynalov Naxçıvan Muxtar Respublika Xəstəxanasında ölüb.
APA xəbər verir ki, azyaşlının anası 2004-cü il təvəllüdlü Fidan Zeynalovanın müalicəsi davam etdirilir.
***
14:18
Culfa şəhərində yaşayış binasında yanğın olub.
APA xəbər verir ki, hadisə şəhərdəki 5 mərtəbəli yaşayış binasının ikinci mərtəbəsində qeydə alınıb. Hadisə yerinə FHN-in qüvvələri cəlb olunub.
Yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 2004-cü il təvəllüdlü Fidan Zeynalova və onun 2023-cü il təvəllüdlü övladı xəsarət alıb. Onlar əvvəlcə Culfa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Daha sonra onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.