Bank Of Baku

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin sabiq komandiri Elxan Hüseynov yenidən həbs olunub

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin sabiq komandiri Elxan Hüseynov yenidən həbs olunub
# 05 fevral 2007 14:28 (UTC +04:00)
Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib. Mənbənin məlumatına görə, E. Hüseynova əlavə ittihamlar irəli sürülüb. Bakı şəhər Hərbi Məhkəməsinin qərarı ilə E. Hüseynov barəsində həbs-qətimkan tədbiri seçilib. Qeyd edək ki, E. Hüseynova əvvəlcə Cinayət Məcəlləsinin (CM) 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə ittiham sürülmüşdü. O, komandiri olduğu hərbi hissədə xidmət edən əsgər Teymur İsmayılovu özünü öldürmə həddinə çatdırmaqda təqsirləndirilirdi. İş üzrə ibtidai istintaq Hərbi Prokurorluqda aparılır. Bakı şəhər Hərbi Məhkəməsi E. Hüseynovun barəsində 2 aylıq həbs-qətimkan seçsə də, Apellyasiya Məhkəməsi bu qərarı dəyişdirib və sabiq komandir azadlığa buraxılıb. Aparılan istintaq nəticəsində sabiq komandirə əlavə olaraq CM-nin 311 (rüşvət alma), 331.3 (hərbi qulluqçunu təhqir etmə, döymə və işgəncə vermə), 341.3 (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma, və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham irəli sürülüb.
Onu da qeyd edək ki, ötən il dekabrın 7-də ermənilərin əsir götürdüyü Azərbaycan Ordusunun əsgəri Vüsal Qaracayev E. Hüseynovun komandir olduğu hərbi hissədə xidmət edib. V. Qaracayev dekabrın 23-də əsirlikdən azad olunub və bu günlərdə həbs edilib.
Hərbi Prokurorluqdan faktı təsdiqləyiblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR