Bank Of Baku

Azərbaycan Milli Musiqi Festivalının açılış mərasimi keçirilib

Azərbaycan Milli Musiqi Festivalının açılış mərasimi keçirilib
# 05 fevral 2007 15:03 (UTC +04:00)
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə Azərbaycan Milli Musiqi Festivalının açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev festivalın önəmi barədə danışıb. O bildirib ki, Azərbaycanda ilk dəfə keçirilən festival 2008-ci ilin ikinci yarasınadək davam edəcək və bütün respublikanı əhatə edəcək: “Azərbaycan milli musiqisinin inkişaf etdirilməsi üçün belə layihələrin həyata keçirilməsi vacibdir. Fevralın 7-də Sumqayıt şəhərində keçiriləcək və bir həftə ərzində Azərbaycan Dövlət Rəqs Ansamblı, Xor Kopellası, Simfonik Orkestrinin konsertləri təşkil olunacaq. Daha sonra musiqi kollektivləri Azərbaycanın hər bölgəsinə səfər edəcək və milli musiqini təbliğ edəcəklər. Biz çalışırıq ki, Azərbaycan musiqisinin müxtəlifliyi, onun rəngarəngliyi hər rayonda nümayiş olunsun və bu sənətə yenidən maraq oyansın”.
Açılış mərasimində Q. Qarayev adına Azərbaycan Dövlət Kamera orkestri Üzeyir Hacıbəyovun “Arşın mal alan”, Qara Qarayevin “Yeddi gözəl”, Soltan Hacıbəyovun “Skertso”, Fikrət Əmirovun “Nizami”, Arif Məlikovun “Məhəbbət əfsanəsi” əsərlərini ifa edib. Orkestrin bədii rəhbəri və baş dirijoru Teymur Göyçayevdir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR