Bank Of Baku

Məhkəmə Dnepropetrovsk Milli Universitetinin Bakı filialının bağlanmasına qərar verib

Məhkəmə Dnepropetrovsk  Milli Universitetinin Bakı filialının bağlanmasına qərar verib
# 05 fevral 2007 15:03 (UTC +04:00)
1 saylı Yerli İqtisad Məhkəməsi bu gün Təhsil Nazirliyinin iddiası ilə Ukraynanın Azərbaycanda qanunsuz fəaliyyət göstərən Dnepropetrovsk Milli Universitetinin Bakı filialının bağlanması barədə qərar verib. Təhsil Nazirliyindən APA-ya bildiriblər ki, bu, xarici dövlətlərin Azərbaycanda qanunsuz fəaliyyət göstərən ali məktəb filiallarının bağlanması barədə məhkəmənin qərar verdiyi 3-cü ali təhsil müəssisəsidir. Məhkəmə bundan əvvəl Azərbaycanın Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş Moskva Dövlət Açıq Universitetinin Bakı filialının və Ukraynanın Kiyev Sahibkarlıq, Hüquq və Reklam İnstitutunun Bakı filialının dövlət qeydiyyatlarını ləğv edib. Nazirliyin qaldırdığı məsələyə aidiyyəti üzrə baxılıb həll edilənədək adları qeyd olunan filiallara tələbə qəbulunun aparılması qadağan edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR