Bank Of Baku

Tənha qocaları aldadaraq mənzillərini ələ keçirən dəstə üzvlərinin məhkəməsi davam etdirilib

Tənha qocaları aldadaraq mənzillərini ələ keçirən dəstə üzvlərinin məhkəməsi davam etdirilib
# 05 fevral 2007 15:04 (UTC +04:00)
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Ənvər Seyidovun sədrliyi “Toğrul” Hüquq Firmasının müdiri Yusif Allahyarovun və daha 9 nəfərin məhkəməsi davam etdirilib. APA-nın məlumatına görə, prosesdə Y. Allahyarov zərərçəkmiş Rəşid Mehdiyevi hədələyərək ondan həqiqəti danışmasını istəyib: “Beş ildən sonra da olsa, türmədən çıxıb səninlə hesablaşacağam. Əlimdən qurtula bilməyəcəksən”. R. Mehdiyev Y. Allahyarovun hədələrinə cavab verdikdən sonra məhkəmədə qısa münaqişə yaranıb. Prosesi fevralın 8-də davam etdiriləcək.
Qeyd edək ki, dəstə üzvləri tənha qocaların etibarından sui-istifadə edib onları aldadaraq mənzillərini ələ keçiriblər. Belə ki, təqsirləndirilən şəxslər qocalara müxtəlif yuxugətirici dərmanlar, spirtli içkilər içirməklə onları mənzillərin alqı-satqısı ilə bağlı sənədləri imzalamağa məcbur ediblər. Dəstə üzvlərinin əməllərindən 12 nəfər zərər çəkib. Dəstədə milliyyətcə erməni Amalya Hüseynova, “Rus İcması”nın üzvü Natalya Sinitsina, “Sodrujestvo” Cəmiyyətinin üzvü Nelli Skalyarenko, A. Şaiq adına Dövlət Kukla Teatrının aktrisası Rahilə İbadova da var. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR